UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, simvolik heyətdə "Real Madrid"dən və "Liverpul"dan hərəyə 4, "Mançester Siti", "Çelsi" və PSJ-dən 1 futbolçu yer alıb.
Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)
Müdafiəçilər: Endryu Robertson, Trent Aleksander-Arnold, Vircil van Deyk (hamısı "Liverpul"), Antonio Rüdiger ("Çelsi")
Yarımmüdafiəçilər: Fabinyo ("Liverpul"), Luka Modriç ("Real Madrid"), Kevin De Bröyne ("Mançester Siti")
Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kərim Benzema Vinisius Junior (hər ikisi "Real Madrid")
Qeyd edək ki, "Real Madrid" finalda "Liverpul"u 1:0 hesabı ilə üstələyərək 14-cü dəfə Çempionlar Liqasının baş mükafatına sahib çıxıb.
Nihat