UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Real Madrid"in hücumçusu Vinisius Juniordur.
21 yaşlı braziliyalı qitənin ən nüfuzlu klub turnirində 13 oyuna çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu orta hesabla hər oyunda 10,24 kilometr məsafə qət edib. "Sambaçı"nın çatdığı ən yüksək sürət həddi isə 35,4 km/s olub.
Xatırladaq ki, finalda "Liverpul"u 1:0 hesabı ilə üstələyən "Real" tarixində 14-cü dəfə ÇL-in baş mükafatını qazanıb. Həlledici matçdakı yeganə qola da məhz Vinisius imza atıb.
Nihat