"Şamaxı" futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası zamanı məlum olub.
Funksioner işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubda tutduğu vəzifədən ayrıldığını vurğulayıb.
Qeyd edək ki, Zaur Axundov 2017-ci ildən bu postda çalışırdı.