16:36 01.06.2022 351

"Onlardan bir neçəsini millilərdə görəcəyik" - Azər Bağırov

"Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov klubun 55 illik yubileyi münasibətilə təşkil olunan "1 uşaq - 1 top" futbol festivalından öncə keçirilən mətbuat konfransına qatılıb. O, aralarında Fanat.Az-ın əməkdaşı da olan jurnalistlərin suallarını cavablandırıb.

- Gənc məşqçisiniz. Klubda hədəflər böyükdür. Özünüzü bu çağırışa hazır sayırsınız?
- Naxçıvan çox maraqlıdır. Bu maraqlı layihənin iştirakçısı kimi məni klubda görmək istədilər. Tərəddüd etmədən razılaşdım. Rəhbərliklə görüşəndən sonra fərlqi düşüncədə olduqlarını hiss etdim. Münasibətlərimizdə tam səmimiyyətin olması xoş oldu. Naxçıvanda görülən işlər göz qabağındadır. Bu gün I Diviziondayıqsa, orada özümüzü Premyer Liqadakı kimi göstərməliyik. Elə etməliyik ki, elitaya namizədliyimizi qəbul etsinlər. Fikirləşdiyimiz işlər çoxdur. Əlavə stadionlarımız tikiləcək. Bununla bağlı rəhbərlik sözünü deyib. Tezliklə bu işlərə başlanacaq. Hər bir şeyi düşünürük. Uzaq bir yola çıxmışıq. Çalışacağıq axsamayaq, irəliləyək.

- Kütləviliyi keyfiyyətə çevirmək mümkün olacaq?
- 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün regionları öz düyüşkənliyi ilə seçildi. Naxçıvan da onların içindədir. Burada fərdi döyüş növləri üzrə nəticələr çox yüksək səviyyədədir. Məşqçinin istədiyi döyüşkənlikdir. Naxçıvanda bu var. Onu çərçivəyə salıb futbola lazım olan keyfiyyətləri üzə çıxaracağıq. Burada yetəri qədər 13-14 yaşlı futbolçular var. İnanıram ki, onlardan bir neçəsini yaxın vaxtlarda öz komandamızda, millilərdə görəcəyik. Döyüşkəndirlər, çərçivəyə salıb, bişirib yetişdirmək lazımdır. Ümumi planlarımız var. Türkiyədə 20 günlük təlim-məşq toplanışımız olacaq. Futbolun inkişafı üçün nə lazımdırsa, daha artığını edəcəyik.

- Rəhbərlik qarşınıza konkret hansı məqsədi qoyub? Bunun üçün hansı addımları atacaqsınız? Legioner gətirəcəksiniz?
- İlk görüşdən qaydaları qoyduq. Rəhbər elə təkliflər irəli sürdü ki, heç vaxt belə qaydalarla qarşılaşmamışam. Heç bir halda çempionluq hədəfi yoxdur, məqsəd gələcəyin komandasını qurmaqdır. Bu, məşqçi üçün də çağırışdır. Çünki gələcəyin komandasını qurmaq üçün də nəticə verməlisən. Mən həmişə nəticə vermək istəmişəm. Çalışacağıq, ən yaxşı nədirsə, onun uğrunda mübarizə aparaq. Premyer Liqaya çıxarıqsa, ilk “4-lüy”ə düşmək istəyi indiki halda bir az da qeyri-peşəkarlığa bənzəyə bilər. Çünki oradan birdən düşə bilərik. Amma biz hər gün bir addım irəli getmək niyyətindəyik. Çalışacağıq ki, yaxın vaxtlarda milli komandanın üzvlərindən də istifadə edək. Azarkeşlərimizi, rəhbərliyi qələbələrlə sevindirmək istəyirik.

- I Divizionda komandanızı 15 səfər gözləyir. Bu, yorucu olmayacaq?
- Böyük komandalar 2-3 saatlıq uçuşları belə eyni gündə edirlər. Bakıda komandamızın yerləşdiyi otel var, avtobusumuz da alınacaq. Yol məsələlərini fikirləşmişik. Bütün xərcləri nəzərə alsaq, digər klublar üçün də elə böyük fərq yaratmır. Heç nədən qorxmuruq. Düşündüyümüz hər gün inkişaf etməkdir. Naxçıvan elə regiondadır ki, yaxın ölkələrin – İran, Türkiyənin klubları ilə əməkdaşlıq edə bilərik. Futbolçunun inkişafı üçün səfərlər önəmlidir. Artıq təyyarəyə minəndə futbolçu "artırır". Bizi daha yaxşı şeylərin gözlədiyini düşünürəm.

- Sırf naxçıvanlı futoblçuların işə yanaşması necədir?
- 9 il Naxçıvanda futbolun olmaması böyük zərbələr vurub. İntizam tərəfdən, texniki tərəfdən axsaqlıqlar var idi. Region Liqasının sonuna yaxın yanaşma xeyli fərqli idi və məni sevindirirdi. Onlarda daha yuxarı qalxmaq üçün potensial olub-olmayacağını zaman göstərəcək. İnanıram ki, yaxın vaxtlarda Naxçıvanda yaxşı uşaqlar üzə çıxacaq.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

Facebookdan bizi izləməyi unutmayın.
X