"Liverpul"un hücumçusu Sadio Mane "Bayern Münhen" ilə 3 illik müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Deyv Oskop “Twitter” səhifəsində paylaşım edib.
Mənbənin məlumatına görə, 30 yaşlı seneqallı futbolçu ilə PSJ ilə "Barselona" da maraqlanır. Ancaq “Liverpul” və “Bayern” artıq dünən, mayın 31-də danışıqlara start veriblər və ilkin razılıq əldə olunub. Tərəflər hazırda transferin dəyərini razılaşdırmağa çalışırlar.
2016-cı ildə "Sauthempton"dan 41,2 milyon avroya "Liverpul"a keçən Mane mersisaydların heyətində 269 oyunda 120 qol vurub və 48 məhsuldar ötürmə edib. Seneqallı hücumçunun "Liverpul"la müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Mirağa