Şose velosipedi üzrə Azərbaycanın elit/U23 yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında mübarizə aparır.
Fanat.Az xəbər verir ki, yığmanın liderlərindən olan Elçin Əsədov yarışın birinci mərhələsini ən yaxşı sprinterlərin sırasında - 7-ci pillədə başa vurub. Velosipedçimiz aralıq finişlərində 17 xal toplayıb. E.Əsədov hazırda ümumi təsnifatda 6-cı yerdə qərarlaşıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə isə birinci mərhələdə 12-ci olub.
İlk mərhələdə velosipedçilər 161 km məsafə qət ediblər.
Yarışın ikinci mərhələsində velosipedçilər 153 km məsafədə mübarizə aparacaqlar.
Qeyd edək ki, mötəbər yarışda ölkəmizi Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edir. Millimizə baş məşqçi Asif Həsənov rəhbərlik edir.