Ukrayna millisinin sabiq hücumçusu və baş məşqçisi Andrey Şevçenko ölkəsinin yığmasının Şotlandiya üzərində qələbəsini (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, o, DÇ-2022-nin pley-off mərhləsinin yarımfinal qarşılaşmasında - Qlazqoda baş tutan görüşdə meydan sahiblərini inamla məğlubiyyətə uğradan seçməni sosial şəbəkələrdə dəstəkləyib:
"Ukrayna millisini qələbə münasibəti ilə təbrik edirəm! Bu, inanılmaz idi. Çox vacib qələbədir. Yaşasın Ukrayna!"
Xatırladaq ki, Ukrayna Qətərdə keçiriləcək mundiala qatılmaq üçün pley-off mərhələsinin finalında Uelsi üstələməlidir. Həlledici matç iyunun 5-də oynanılacaq.
Nihat