Huqo Basto “Neftçi” ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, ötən ildən "ağ-qaralar"ın şərəfini qoruyan müdafiəçi Azərbaycana qayıtmayacaq.
Portuqaliya mətbuatı, konkret, "Record.pt" portalı iddia edib ki, Basto "Neftçi"ni maaşını vaxtında ala bilmədiyi üçün tərk edib. Mənbə müdafiəçinin maaş borclarına qarşılıq olaraq azad agent statusuna yiyələndiyini vurğulayıb. Yeri gəlmişkən, vaxtilə "Braqa", "Çaves", "Estoril" klublarının şərəfini qoruyan Huqonun agenti olmadığı üçün ona ünvanlanan təklifləri özü dəyərləndirir.
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza verdiyi açıqlamada Portuqaliya mətbuatının iddiasına belə münasibət bildirib: "Basto klubdakı durumundan narazı idi. Ancaq bu, maaşla bağlı yox, az oynaması ilə əlaqəlidir. Məvaciblə bağlı şikayəti olsaydı, FİFA-ya üz tutardı. Futbolçunun müqaviləsində nə yazılıbsa, onu da almalıdır. Başqa cür mümkün deyil. Az oynaması ilə bağlı narazılıq bildiriyinə görə belə qərara gəlindi ki, müqaviləsinə xitam verilsin. Qarşılıqlı razılıq əsasında yolların ayrılmasına qərar verildi. Hüquqşünaslar bu yöndə iş aparır. Yəqin ki, yaxın günlərdə gedişi rəsmən elan olunacaq".
Mirağa