"Neftçi"də bugünə planlaşdırılan klubdaxili iclas baş tutmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyunun 2-nə planlaşdırılan toplanışın vaxtı dəyişdirilib.
"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında bunun səbəbini belə izah edib: "Bu gün Müşahidə Şurasının bütün üzvlərini bir araya gətirmək mümkün olmadı. Belədə yetərsay olmayacaqdı. Bu səbəbdən iclasın vaxtını yaxın günlərdən birinə dəyişdirməyi qərara aldıq. Dəqiq tarix müəyyənləşən kimi bu barədə saytımız vasitəsilə məlumat paylaşacağıq".
Klubun Müşahidə Şurası əsas komandanın baş məşqçisi Samir Abasovun taleyinə aydınlıq gətirəcək. Təcrübəli mütəxəssisin postundan göndəriləcəyi, onun əvəzinə belaruslu Viktor Qonçarenkonun baş məşqçi təyin olunacağı gözlənilir.
"Neftçi" rəsmisi 45 yaşlı mütəxəssisin baş məşqçi vəzifəsinə namizəd olduğunu təsdiqləyib: "Baş məşqçi postuna 2-3 namizəd təqdim olunub. Onların arasında Qonçarenko da var. Son qərarı Müşahidə Şurasının üzvləri verəcək".
Mirağa