"Mançester Yunayted" yarımmüdafiəçisi Xuan Mata bu yay komandanı tərk edəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, müqaviləsinin müddəti başa çatan ispan oyunçuya yeni anlaşma təklif edilməyib.
Son mövsümdə cəmi 5 oyunda forma şansı qazanan və 177 dəqiqə meydanda olan Xuan daha öncə karyerasını bitiməyə hazırlaşmadığını bildirib.
"Transfermarkt" portalı Matanın transfer qiymətini 3 milyon avro ilə dəyərləndirir.
Nihat