18:53 09.03.2014 623

"Qarabağ" "Bakı"ya "toy tutdu", "Neftçi" 5 tur sonra güldü

Bu gün Topaz Premyer Liqasında XXV tura yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

2014-cü ildə uğursuz çıxış edən "Qəbələ" və "Neftçi" Qəbələ şəhər stadionunda qarşılaşıb. Bu matçadək yeni ildə baş tutan 6 oyunda "Qəbələ" 8 (2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət), "Neftçi" isə cəmi 5 (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət) xal qazana bilmişdi. "Ağ-qaralar" 5 tur idi qələbəyə həsrət qalmışdı. Cəzalı futbolçuları sıraya dönən flaqman uğursuz seriyaya son qoyub. Hesabı 29-cu dəqiqədə bir müddət Böyükağa Hacıyev tərəfindən əvəzedici heyətə göndərilən Bahodir Nasimov açıb. Özbək forvard 64-cü dəqiqədə dublunu rəsmiləşdirib. 4 dəqiqə sonra isə künc zərbəsindən sonra qonaqların qapısına yol tapan Lorenzo Ebesilio "Qəbələ"nin təsəlli qoluna imza atıb - 1:2.

Turun son oyununda isə 2014-ün uğurlu komandaları - "Qarabağ"la "Bakı" qarşılaşıb. Ağdam klubu yeni ilin ilk 6 oununda 13, paytaxt təmsilçisi isə 14 xal qazanmışdı. Bu günkü oyuna gəlincə, "Qarabağ" rəqibini darmadağın edərək çempionluğun əsas namizədi olduğunu bir daha göstərib. Hesabı 17-ci dəqiqədə cərimə zərbəsindən Çumbinyo açıb. 28-ci dəqiqədə Reynaldonun sol ayaqla qapıya zərbəsi dəqiq olub - 2:0. 41-ci dəqiqədə Leroy Corc yerdə qaldığından hakim "Bakı"nın qapısına penalti təyin edib. Topa yaxınlaşan Reynaldonun zərbəsi dəqiq olub. Bununla da o, bombardirlər yarışında liderliyi ələ alıb (13 qol). Matçda sön nöntəni Leroy Corc qoyub - 4:0.

Qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. "Simurq" AZAL-a 2:0, "Rəvan" "Xəzər Lənkəran"a 2:1, "İnter" isə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.

Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXV tur

9 mart
Qəbələ - Neftçi 1:2
Qollar: Lorenzo Ebesilio, 68 - Bahodir Nasimov, 29; 64.
Qəbələ: 1. Kamran Ağayev, 3. Nikola Valentiç (7. Marat İzmaylov, 46), 4. Amit Quluzadə (16. Ruslan Tağızadə, 46), 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (8. Nizami Hacıyev, 65).
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodir Nasimov (6. Rəşad Sadiqov, 74), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (3. Denis Silva, 85), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Nikola Valentiç, 6 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Lorenzo Ebesilio, 90+2 (hakimin qərarına etiraz) - Mahir Şükürov, 82 (bilərəkdən əl ilə oyun).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.

Qarabağ - Bakı 4:0
Qollar: Çumbinyo, 17. Reynaldo Silva, 28; 43-pen. Leroy Corc, 67.
Qarabağ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (2. Qara Qarayev, 67), 9. Reynaldo Silva (10. Muarem Muarem, 69), 14. Rəşad Sadıqov (k), 19. Jaba Dvali, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 80), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Ulriş Kapolonqo, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 5. Ruben Qonzales, 4. Mario Alvares, 17. Risto Ristoviç, 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev (22. Namiq Ələsgərov, 46), 16. Juninyo (10. Aleksandar Soliç, 73), 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 46), 15. Alberto Noquera, 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 7. Əfran İsmayılov, 6. Vadim Abdullayev, 24. Georgios Pelagias.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Bədavi Hüseynov, 34 (qeyri-idman hərəkəti). Reynaldo Silva, 55 (rəqibi tutduğuna görə) - Ruben Qonzales, 42 (qeyri-idman hərəkəti). Mario Lukas Horvat, 87 (qeyri-idman hərəkəti); Etto, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Nahid Əliyev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 1500 tamaşaçı.

1

Qarabağ

25

15

7

3

44-14

52

2

Qəbələ

25

13

4

8

35-23

43

3

İnter

25

12

6

7

37-27

42

4

Neftçi

25

12

6

7

37-42

42

5

Bakı

25

12

5

8

40-27

41

6

Simurq

25

8

9

8

25-19

33

7

Xəzər L

25

7

10

8

26-35

31

8

AZAL

25

6

8

11

24-36

26

9

Rəvan

25

3

8

14

15-43

17

10

Sumqayıt

25

2

7

16

16-43

13


Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 13. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
16:26

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X