"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu növbəti mövsümlə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, mankunianların rəsmi “Twitter” səhifəsi ulduz futbolçudan sitat gətirib:
“Mənim üçün ən vacib olan matçlarda qalib gəlmək və kuboklar almağa çalışmaqdır. İnanıram ki, “Mançester Yunayted” olması lazım olan yerə qayıdacaq. Dediyim kimi, bəzən vaxt lazım olur, amma bunun baş tutacağına inanıram.
Bilirəm ki, Erik ten Haq “Ayaks”da fantastik iş görüb. O, təcrübəli məşqçidir. Ancaq bilirsiniz, ona vaxt verməliyik. Komandada hər şey onun istəyinə uyğun dəyişməlidir.
Ümid edirəm ki, uğur qazanacağıq. Ona görə də baş məşqçiyə ən yaxşısını arzulayıram. Biz təkcə “Mançester Yunayted”in oyunçuları kimi yox, həm də klubun azarkeşləri kimi xoşbəxtik və ruhlanırıq. Gəlin inanaq ki, gələn il kuboklar alacağıq”.
Mirağa