Azərbaycan batutçuları Maqsud Mahsudov və Hüseyn Abbasov İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmanın üzvləri sinxron proqramda bütün rəqiblərini üstələyərək yarışın qızıl medalına sahib çıxıblar.
Xatırladaq ki, daha əvvəl Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət tamblinq komandamız çempionatının bürünc medalını qazanıb.