Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan komandası yarışın ikinci günündə daha beş medal qazanıb.
Azər Fətullayev (M3 yaş kateqoriyası, 81 kq), Babək Hacıyev (M4, 60 kq) və Emil Hüseynov (M4, 100 kq)
qızıl, Mahir Ağamirzəyev (M4, 90 kq) gümüş, Rauf Fərzəliyev (M4, 73 kq) bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, qitə çempionatının ilk günündə cüdoçularımız 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edib. Yarışa iyunun 5-də yekun vurulacaq.