Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, Rəcəbov IV turda ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Görüşün əsas partiyası heç-heçə yekunlaşdığından, reqlamentə əsasən, tərəflər "armageddon"da münasibətləri aydınlaşdırıblar. Rəcəbov 42-ci gedişdə rəqibinə qalib gəlib.
Məmmədyarov isə "qaralar"la çinli Van Hao ilə qarşılaşıb. Partiya 54-cü gedişdə təmsilçimizin üstünlüyü ilə başa çatıb.
Qələbə sayəsində xalını 7-yə çatdıran Şəhriyar turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 3 xalı olan Teymur yeddinci yerdədir. Sıralamaya 8,5 xalla Vişvanatan Anand (Hindistan) başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
IV tur
Van Hao (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0:1
Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5, 1:0
Veselin Topalov (Bolqarıstan) - Aryan Tari (Norveç)
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Niderland) 1:0
Uesli So (ABŞ) - Vişvanatan Anand (Hindistan) 0,5:0,5, 1:0