Albaniyanın paytaxtı Tiranada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycanın yeganə təmsilçisi Dadaş Dadaşbəyli mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 102 kiloqram çəki dərəcəsində yer alan Dadaşbəyli birdən qaldırma hərəkətində 172 kq-ı ram edib. Lakin o, ağırlığı qaldırarkən qolundan zədə alıb. Nəticədə, atlet təkanla qaldırma mərhələsində iştirak edə bilməyib.
Qeyd edək ki, Avropa çempionatına 39 ölkədən 289 atlet (145 qadın + 144 kişi) qatılıb.