21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, iyunun 7-də, saat 17:00-da, Helsinkidə “Helsinki Football Stadium”da baş tutacaq qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək:
7 iyun
17:00 Finlandiya - Azərbaycan
Baş hakim: Jasmin Sabotiç
Baş hakimin köməkçiləri: David Mateus Santos, Dani Dias Balsa
Dördüncü hakim: Ceremi Müller
(Hakimlər briqadası Lüksemburqdandır)