İspaniya millisinin baş məşqçisi Luis Enrike "Mançester Yunayted"in qapıçısı David de Xeanı niyə yığmaya çağırmadığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Goal" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Hazırda sərəncamımda 3 qapıçı var. Onlardan hər biri start "11-lik"də yer ala bilər. Unai yaxşı təcrübə qazanıb. Hava mübarizələrində effektlidir və ayağı ilə çox yaxşı oynayır. Hamının səhvi ola bilər. Ancaq indiki qapıçılar məni tam şəkildə qane edir".
Enrike yığmaya Bilbao "Atletik"indən Unai Simonu, "Brayton"dan Robert Sançesi, "Brentford"dan David Rayanı dəvət edib.
İspaniya millisi bu gün UEFA Millətlər Liqasının matçına - Praqada Çexiya ilə oyuna çıxacaq.
Nihat