"Bayern Münhen"in prezidenti Herbert Hayner Robert Levandovskinin komandadakı gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Bayern&Germany" onun söylədiklərini belə çatdırıb:
"Həmişə demişik ki, Levandovskinin klubla olan müqaviləsinin müddəti 2023-cü ilin 30 iyun tarixində bitəcək. Futbolçu nə vaxtdan klubla anlaşması olduğu halda, özü harada oynayacağına qərar verir ? Açığı Robert məni təəccübləndirdi. O, hər şeyi ictimaiyyətə açıqlayır. Mən Robertin yerinə olsaydım, belə etməzdim. Levandovski uzun müddətdir ki, "Bayern"dədir. Bu klubun ona nə verdiyini bilir. Əminəm ki, növbəti mövsümdə də "Bayern"də olacaq...
Onu müqaviləsinin müddəti başa çatandan sonra itirəcəyimizə görə üzülürükmü? Açığı, narahat deyiləm. Robert peşəkardır və futbol oynamaq istəyir. İqtisadi problemlərimiz yoxdur. Komandada ən yaxşıları görmək istəyirik. Levandovski də onlardan biridir".
Nihat