"Liverpul"un və İspaniya millisinin sabiq müdafiəçisi Xose Enrike komandanın hücumçusu Sadio Maneni klubu tərk etmək istəyini dilə gətirdiyinə görə tənqid edib.
Fanat.Az xəbər verir ki, o, seneqallıların arzusunu reallaşdırmaq üçün iş yerini dəyişməyə hazır olduğunu söyləyən Mane barədə sosial şəbəkə hesablarında belə yazıb:
"Bu, klubdan ayrılmaq ən uğursuz bəhanə, ən pis variantdır. Mane bizim üçün əfsanəvi oyunçu olaraq qalacaq... Amma Sadio, sən daha çox pul qazanmaq üçün komandanı dəyişmək istəyirsən. Bu, tam normaldır. Bir sözlə, hər şeyi seneqallıların üstünə atmaq lazım deyil..."
Daha öncə 30 yaşlı Manenin "Bayern Münhen"lə 3 illik müqavilənin şərtlərini razılaşdırdığı barədə informasiyalar yayılıb və Sadionun Münhen təmsilçisində illik 20 milyon avro qazanacağı bildirilib.
Nihat