İtaliya A Seriyasının debütantı "Montsa" "Milan"ın hücumçusu Zlatan İbrahimoviçi transfer etməkdə maraqlıdır.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sahibi olduğu klub ulduz forvardın hazırkı klubu ilə müqaviləsini uzatmayacağı təqdirdə onu ala biləcəyinə ümid edir.
İbrahimoviç bugünlərdə sol dizindən əməliyyat olunub. 40 yaşlı isveçlinin çıxışını davam etdirmək istədiyi, lakin hələlik yekun qərar vermədiyi bildirilir. Mətbuatda "Milan"ın İbrahimoviçə 2,5 milyon avro ödəməyə hazır olduğu haqda məlumat yayılıb. Zlatan karyerasını bitirməyə qərar verəcəyi halda, dünyasını dəyişən agenti Mino Rayolanın şirkətində işə başlayacaq.
Mirağa