"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner klubundan ayrılmaq niyyətində deyil.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, o, "Liverpul"da qalmaq üçün maaşını azaltmağa hazırdır.
Mənbənin məlumatına görə, Milner mersisaydlılara daha bir il xidmət edəcək. Artıq tərəflər danışıqlara başlayıb.
Milner futbola və xeyriyyəçilik işinə xidmətlərinə görə Britaniya İmperiyasının "Cavalier" dərəcəsinə layiq görülüb. O, Böyük Britaniyada gənclərin sağlam istirahətini təşviq etmək üçün xeyriyyə fondu təsis etdiyinə görə mükafatlandırılıb.
Yarımmüdafiəçi 2015-ci ildə "Liverpul"a pulsuz transferlə keçib. Kapitan bu mövsüm bütün yarışlarda 35 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. İngilis yarımmüdafiəçinin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.
Mirağa