Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Gazetta dello sport" nəşri: "İnter" "Çelsi"yə yarımmüdafiəçi Ruben Loftus-Çiki transfer etmək üçün müraciət edib. "Zadəganlar" 26 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq istəyir ki, bu da bəzi maliyyə problemlərinin həllinə kömək edə bilər".
Pol Coys (The Times): "Liverpul" "Bayern Munhen"in hücumçusu Sadio Mane üçün göndərdiyi 21 milyon funt sterlinqlik (+ 4 milyon funt-sterlinq bonus) təklifi rədd edib. Mersisayd təmsilçisi 30 milyon funt-sterlinq və əlavə bonuslar tələb edir".
Canluka Di Martsio, insayder: "Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç azad agent olaraq "Roma"ya qoşulacaq və Joze Mourinyu ilə yenidən bir araya gələcək. Müqavilənin müddəti 2022/23-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulacaq".
"Daily Mirror" nəşri: "Rəhim Sterlinq azad agent olaraq "Mançester Siti"dən ayrılmağa hazırlaşır. İngiltərə klubunun rəhbərliyi bir ildir ki, futbolçunu müqaviləni uzatmağa razı salmağa çalışsa da, hələ ki, heç bir nəticə əldə olunmayıb. "Real Madrid" Sterlinqi azad agent olaraq qəbul etməyə hazırdır".
"Krombach Sports" saytı: "Stiv Bould Belçikanın "Lommel SK" klubunun yeni baş məşqçisidir. Komanda "City Football Group" konsorsiumuna məxsusdur. Bould Londonun "Arsenal" klubunda oynaması ilə tanınır. O, Arsen Vengerin başçılığı altında çıxış etməklə yanaşı, həm də onun köməkçisi olub".
“The Telegraph” nəşri: "PSJ Mourinyunu komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirir. Poçettinonun PSJ ilə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatır".
Canluka Di Martsio, insayder: "Mourinyu gələn mövsüm "Roma"da qalacaq. PSJ "Nitsa"nın baş məşqçisi Qaltyeni baş məşqçi postuna gətirə bilər".
Ander Errera: "Atletiko Madrid"ə və klubun azarkeşlərinə böyük hörmətim var. Amma oraya keçmək bu yay mənim planlarımda yoxdur. Bütün diqqətimi növbəti mövsümü PSJ-də keçirməyə cəmləmişəm".
Emin Şəmsiyev