Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Kattolika şəhərində keçirilən festivalda mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, yarışda artıq iki tur geridə qalıb. 30 yaşlı qrossmeysterimiz görüşlərindən 1,5 xal hasil edib.
İsveçrə sistemi üzrə 9 turdan ibarət festivalda ümumilikdə 54 şahmatçı iştirak edir.
Qeyd edək ki, Səfərli mayda İtaliyanın Montebelluna şəhərində təşkil olunan yarışda üçüncü yeri tutub.