"Yuventus"a keçidi gündəmdə olan argentinalı yarımmüdafiəçi Anxel Di Mariya "Barselona"dan təklif gözləyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin 30 iyununa qədər olan 34 yaşlı Di Mariya artıq Fransa klubundan ayrıldığını açıqlayıb. Cənubi maerikalı fubolçu son 7 mövsümdə parislilərin heyətində çıxış edib. O, Fransa komandasının formasıyla 295 matçda 95 qol vurub və 119 məhsuldar ötürmə edib. Anxel bundan əvvəl “Mançester Yunayted”, “Benfika” və “Barselona”nın əzəli rəqibi “Real Madrid”in futbolçusu olub.
Mirağa