Norveç millisinin hücumçusu Erlinq Holand Millətlər Liqasının matçında - İsveçi səfərdə 2:1 hesabı ilə yendikləri qarşılaşmada rəqib komandanın futbolçusu Aleksander Miloşeviçlə aralarında olan insidentdən danışıb.
Fanat.Az xəbər verir ki, TV2 ulduz futbolçunun söylədiklərini belə çatdırıb:
"Əvvəlcə o, məni fahişə adlandırdı. Ancaq sizə əminliklə deyə bilərəm ki, bu, belə deyil. Sonra isə ayaqlarımı sındırmaqla hədələdi. Hədələyəndən dəqiqəyarım sonra qol vurdum. Əla idi, effektli alındı (gülür)".
Nihat