Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın gələcək karyerasına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı voleybolçu “Vaşaş”dakı karyerasını davam etdirəcək.
Ayşən Macarıstan təmsilçisi ilə bir mövsümlük müqavilə imzalayıb. O, klubunda 4-cü mövsümünü keçirəcək.