Mateys de Liqt mərkəz müdafiəçisi mövqeyində "Mançester Yunayted" üçün əsas transfer hədəfinə çevrilib.
Fanat.Az "Tribuna" saytına istinadən xəbər verir ki, "Yuventus"un və Niderland millisinin 22 yaşlı futbolçusu mankunianlıların yeni baş məşqçisi Erik ten Haqla "Ayaks"dakı birgə işindən bəri yaxşı tanışdır. Turin klubu De Liqti satmaq istəmir və onunla 2024-cü ilə qədər olan müqaviləni uzatmaq üzərində işləyir.
Qeyd edək ki, eyni zamanda tanınmış jurnalist Nikolo Skiranın sözlərinə görə, bu yay müdafiəçi üçün 125 milyon avro məbləğində təzminat bəndi qüvvəyə minəcək.
Emin