"Liverpul" təcrübəli yarımmüdafiəçisi Ceyms Milnerlə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yürgen Klopp klubun saytına açıqlamasında kapitanla yeni anlaşma əldə olunmasını yüksək qiymətləndirib:
“Mən bu xəbərə sevindim. Bu, bizim üçün vacibdir. Ceymsin soyunub-geyinmə otağında liderliyindən və təsirindən tez-tez danışılır. Mən də bunu təsdiqləyirəm. Amma heç kim onun meydandakı hərəkətlərini gözdən qaçırmamalıdır. O, yüksək səviyyədə oynamağa davam edir. Belə futbolçunu itirməyə haqqımız yoxdur.
Onun peşəkarlığı hər bir idmançı üçün meyardır. Onun bacarığı və davranışı komandanın tonunu müəyyən edir. Sadəcə, ondan yenə eynisini istəyirik, çünki belə oyunçunu əvəz etmək olmaz. Milnerə hələ də ehtiyacımız var. Ona minnətdaram ki, çağırışımıza cavab verdi və daha bir il bizimlə oynamağa razı oldu”.
Mirağa