"İnter" "Çelsi"nin formasını geyinən sabiq hücumçusunu - Romelu Lukakunu heyətinə qatmaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio yayıb.
Mənbə Milan təmsilçisinin Lukakunu 2 illik icarəyə götürmək üçün bütün mümkün variantları sınaqdan keçirəcəyini açıqlayıb. Belçikalı forvardın özünün də "İnter"ə qayıtmağa can atdığı və "zadəganlar"ın rəhbərliyindən İtaliya təmsilçisinin təklifinə müsbət cavab verməyi xahiş edəcəyi vurğulanıb.
Xəbərə görə, Romelu "Çelsi"də aldığından az maaşa "İnter"də oynamağa razıdır.
"Çelsi" Lukakunu ötən ilin yayında, 113 milyon avro qarşılığında "İnter"dən transfer edib və tərəflər müddəti 2026-cı ilə qədər olan müqaviləyə imza atıb. Son mövsüm London təmsilçisinin formasıyla bütün turnirlərdə 44 matça çıxan forvard 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat