"Bayern Münhen"dən ayrılmağa çalışan, ancaq "Barselona"ya keçidi əngəllənən Robert Levandovski düşdüyü vəziyyət haqqında açıqlama verib.
Fanat.Az xəbər verir ki, "90min" Münhen klubunun rəhbərliyini tənqid edən polşalı hücumçunun söylədiklərini belə çatdırıb:
“İllərdir klubdasınızsa və zədələrə, ağrılara baxmayaraq, bütün gücünüzlə komandaya kömək etmisinizsə, məncə, hər iki tərəf üçün yaxşı bir həll tapmaq olar. Belə uğurlu çıxış edən bir futbolçuya münasibətdə dəstək, loyallıq, hörmət biznesdən daha vacibdir. Bundan sonra hansı oyunçu belə bir şeyin onun başına gələ biləcəyini bilə-bilə "Bayern"ə getmək istəyər? Ədalət harda qaldı?”
Qeyd edək ki, Levandovskinin "Bayern" ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Polşalı hücumçu ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa