"Napoli" "Brayton"un müdafiəçisi Leo Ostiqardı heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Neapolluların 22 yaşlı norveçli üçün 3 milyon avro təklif etdiyi bildirilib. Xəbərə görə, İngiltərə klubu oyunçu üçün italiyalılardan daha çox pul istəyir. Bununla belə, “Napoli" rəhbərliyinin qarşı tərəflə transferlə bağlı razılığa gələcəyinə əmin olduğu vurğulanıb.
Ostiqard 2022-ci ilin yanvarından “Cenoa”da icarə əsasında çıxış edir. O, son mövsümdə 15 oyuna 1 qol vurub.
Mirağa