Kolumbiyada keçirilən velosiped yarışında xoşagəlməz hal yaşanıb.
Fanat.Az xəbər verir ki, "Vuelta a Columbia"da yerli idmançı Luis Karlos Çia finiş xəttinə hamıdan birinci çatsa da, qələbəsinə doyunca sevinə bilməyib. O, həyat yoldaşına çırpılıb.
Finiş xəttinə çatan Çia əllərini havaya qaldıraraq qələbəni qeyd edib, onun sevincini lentə alan fotoqraflara poza verib. Çianın həyat yoldaşı Klaudiya Ronkansio da onların arasında olub. Çia son anda fotoqraflara çırpılmaqdan xilas olsa da, həyat yoldaşını vuraraq qəza törədib. Klaudiya dərhal xəstəxanaya aparılıb və onun başına bir neçə tikiş qoyulub.
Qəza anının görüntülərini təqdim edirik:
¿Que pasa @fedeciclismocol ? Cada vez tenemos más entre los mejores ciclistas del mundo, pero la logística local bien, gracias pic.twitter.com/mx6jeGPntW
— Katy Orrego (@Skygirl42) June 5, 2022
Mirağa