"Barselona" hələ də yarımmüdafiəçisi Qavi ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, kataloniyalı bosslar və 17 yaşlı ispaniyalı futbolçunun agentləri müntəzəm olaraq ünsiyyət qururlar, lakin tərəflər arasında fikir ayrılığı var.
"Barselona" rəhbərliyi Qavini hələ çox gənc futbolçu hesab edir. Baxmayaraq ki, onun nümayəndələri oyunçunu artıq dünya səviyyəsinə çatdığını düşünürlər.
Qavinin agentləri hesab edir ki, o, "Barselona"da daha çox maaş almalıdır.
Ötən mövsüm iştirak etdiyi 46 oyuna 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun gələcəyini müəyyən etmək üçün qarşıdakı bir neçə həftə həlledici olacaq.
Emin