UEFA 2022/2023 mövsümü üçün Çempionlar Liqasının təqvimini açıqlayıb.
Fanat.Az xəbər verir ki, turnir bu ayın 21-də başlayacaq, finalı isə 2023-cü ilin 10 iyun tarixində baş tutacaq.
İyunun 21-də turnirin ilkin seçmə mərhələsi start götürəcək. İyulun 5-dən avqustun 24-dək I və II təsnifat mərhələlərinin, eləcə də təsnifat mərhələsinin pley-off oyunları keçiriləcək.
Qrup mərhələsi sentyabrın 6-dan noyabrın 2-dək davam edəcək. Qrup mərhələsinin noyabrın əvvəlində başa çatması ilin sonunda (noyabrın 21-dən dekabrın 18-dək) Qətərdə dünya çempionatının keçirilməsi ilə bağlıdır. Pley-off mərhələsinin 1/8 finalı fevralın 14-dən martın 15-dək, 1/4 final görüşləri 11, 12 18 və 19 aprel, yarımfinal matçları 9, 10, 16, 17 may tarixlərində keçiriləcək.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda baş tutacaq. İstanbul 2020-ci ildə Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi etməli idi, lakin koronavirus pandemiyası səbəbindən matç təxirə salınmışdı.
Emin