"Milan" Fransanın "Lill" klubunun iki futbolçusunu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio öz saytı vasitəsi ilə yayıb.
İtaliya təmsilçisinin yarımmüdafiəçi Renatu Sanşeş və müdafiəçi Sven Botmanın xidmətində maraqlı olduğu bildirilib. Xəbərə görə, Sanşeşin heyətə qatılması milanlıların əsas hədəflərindən biridir. Botman isə "qırmızı-qaralar" üçün sadəcə, alternativ variant kimi maraqlıdır.
Nihat