"Şalke"nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, vakant post almaniyalı mütəxəssis Frank Kramerə tapşırılıb.
Kramer bundan əvvəl "Arminiya"nın baş məşqçisi olub. O, 2021/2022 mövsümünün gedişində qeyri-qənaətbəxş nəticələrə görə qovulub. "Arminiya" mövsümün sonunda Almaniya Bundesliqasından aşağı liqaya düşüb. Həmçinin, Frank Kramer 2015-ci ildə "Fortuna Düsseldorf"u çalışdırıb.
Frank Kramer "Şalke" ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Şalke" bu mövsüm Bundesliqaya qayıdıb.
Mirağa