"Liverpul" "Benfika"nın hücumçusu Darvin Nunyesi heyətinə cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Xəbərə görə, ingilislər 22 yaşlı futbolçunun mümkün keçidi ilə bağlı Portuqaliya klubu ilə danışıqlara başlayıb.
"Benfika" ən yaxşı bombardirini 80 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Nunyes "Mançester Yunayted"in də maraq dairəsindədir.
Röya