İtaliyanın "Udineze" klubunun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu posta komandanın sabiq futbolçusu Andrea Sottil təyin olunub.
48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sottil "Udineze"nin heyətində 115 matçda meydana çıxıb.
Röya