"Liverpul" bu yay komandadan ayrılacağı gözlənilən Sadio Maneyə əvəzləyici tapıb.
Fanat.Az "Liverpool Echo"ya istinadən xəbər verir ki, "qırmızılar" "Vilyarreal"ın niderlandlı hücumçusu Arno Dancuma Qruneveldi heyətinə qatmaqda maraqlıdır.
Mənbə 25 yaşlı futbolçunun İspaniya təmsilçisi ilə müqaviləsindəki bəndə əsasən, "Liverpul"un onu transfer etmək üçün qarşı tərəfə 45 milyon avro ödəməli olduğunu bildirib.
Son mövsümdə "Vilyarreal" forması ilə bütün turnirlərdə 36 matça çıxan forvard 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun La Liqa klubu ilə olan sözləşməsinin müddəti 2026-cı ilin 30 iyun tarixində başa çatacaq.
Nihat