"Çelsi"nin yeni sahibi Todd Bouli baş məşqçi Tomas Tuxelə klubun transferlərinə tam nəzarət edəcəyinə dair zəmanət verib.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Tomas Tuxelin "Çelsi"nin direktoru Marina Qranovskaya və texniki direktor Petr Çexlə birlikdə işləməyə davam edəcəyi bildirilir. Todd Bouli kluba transferlər üçün 250 milyon avro ayıracaq.
Məlumatda həmçinin qeyd olunur ki, "Mançester Siti"dən Rahim Sterlinq və "Layptsiq"dən Kristofer Nkunku "Çelsi"nin əsas transfer hədəfləridir.
Emin