Niderland millisinin baş məşqçisi Lui van Qal ağır xəstəliyin onun yığmadakı işinə problem yaratmadığını bildirib.
Fanat.Az xəbər verir ki, prostat xərçəngi ilə mübarizə aparan 70 yaşlı mütəxəssisin söylədiklərini "Sky Sports" belə çatdırıb:
"İndi mənim xəstəliyimdən danışmaq zamanı deyil. Ancaq sizi inandırım ki, bu kollektivi çalışdırmaq mənim üçün hədiyyədir. Heç vaxt belə komandanın baş məşqçisi olmamışam".
Xatırladaq ki, van Qal Niderland yığmasını dünya çempionatına çıxarıb. "Narıncılar" Qətərdəki mundialda Ekvador, Seneqal və Qətər milliləri ilə eyni qrupda yer alacaq.
Nihat