Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su yeni hücumçu transfer edib.
Fanat.Az xəbər verir ki, "Riyeka"nın forvardı Yosip Drmiç Xorvatiya çempionu ilə müqavilə imzalayıb.
29 yaşlı hücumçu liqanın ikinci bombardiridir. O, ötən mövsüm "Riyeka" forması ilə 21 qola imza atıb.
Xorvatiya mətbuatı "Dinamo"da hücumçularla bağlı problem olduğu qənaətindədir və milli üzvünün gəlişi ilə bu sıxıntının aradan qalxacağını proqnozlaşdırılır. Təbii ki, belədə, Mahir Emrelinin durumu narahat etməyə bilməz. Çünki millimizin üzvü "Dinamo"da Drmiçdən başqa, Bruno Petkoviç və Mislav Orşiçlə də rəqabətə hazır olmalıdır. Ancaq baş məşqçi Ante Çaçiçin Mahiri cinahda oynatmağı düşündüyü bildirilir. Hər halda, xorvatiyalı həmkarlarımız "Dinamo"nun ehtimal olunan "11-liy"ini belə təqdim edir:
Mirağa