"Liverpul" rəhbərliyi "Benfika"nın hücumçusu Darvin Nunyesi heyətinə qatmaq üçün klubun transfer rekordunu yeniləməyə hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Dominik Kinq sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Mənbə növbəti mövsüm Çempionlar Liqasında oynaya bilmək üçün "Mançester Yunayted"in təklifindən imtina edən futbolçunun "Liverpul" forması geyinməyə can atdığını vurğulayıb. Xəbərə görə, uruqvaylı oyunçu bu barədə "Benfika" rəhbərliyi ilə də danışıb. Daha öncə Darvini 80 milyon avroya satmağı istədiyi deyilən Portuqaliya klubunun rəhbərliyinin "Liverpul"un israrından öz xeyrinə faydalanmağı hədəflədiyi qabardılıb.
Qeyd edək ki, son mövsümdə "Benfika" formasıyla 41 matça çıxan Nunyes 34 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat