Millətlər Liqasının II turunda Çexiyayla görüşdə (2:2) fərqlənən İspaniya millisinin üzvü Qavi tarixə düşüb.
Fanat.Az xəbər verir ki, "Barselona"nın gənc futbolçusu 17 yaş 304 günlüyündə millidə qol vuraraq, bunu 17 yaş 311-ci günündə bacaran həmklubu Ansu Fatinin rekordunu yeniləyib.
Maraqlıdır ki, "Sefutbol"a açıqlama verən Qavi Ansu Fatinin oyundan əvvəl ona zəng vuraraq rekord üçün həvəsləndirdiyini deyib: "Ansu mənə bunun öhdəsindən gəlmək üçün səkkiz günümün qaldığını söylədi. Oyundan sonra isə fərqləndiyimə görə sevindi. Onunla eyni komandada çıxış etdiyimə görə çox xoşbəxtəm."
Mirağa