Avropa komandalarının yeni reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.
Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın son qalibi “Qarabağ” 183 xala malikdir. Ağdam klubu 80-ci yerdəki mövqeyini qoruyub.
Vitse-çempion “Neftçi” isə 3 pilləlik irəliləyişə nail olub. Hesabında 33 reytinq xalı olan "ağ-qaralar" qitədə 214-cüdür. İki addım yüksələn “Qəbələ” isə 5 xalla 370-ci sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2211 xala malik “Real Madrid” başçılıq edir. “Bayern Münhen”in 1695, “Liverpul”un 1645 xalı var.
Mirağa