"Yuventus" Anxel Di Mariyaya xəbərdarlıq edib.
Fanat.Az xəbər verir ki, bu iddia "La Stampa"ya məxsusdur.
Mənbənin məlumatına görə, Turin klubu argentinalıdan onların təklifinə dərhal cavab verməyi tələb edib.
"Yuventus"dakılar onun "Barselona"ya keçəcəyindən ehtiyat edir. Hətta İtaliya klubunun artıq alternativlər axtardığı bildirilir.
Di Mariya İtaliyada cəmi bir il keçirmək istəyir və 5,5 milyon avroluq təkliflə razılaşmır. "Yuventus" danışıqların gedişindən asılı olaraq, məbləğə 1,5 milyon bonus əlavə etməyi düşünür. Yarımmüdafiəçi isə "Barselona"ya keçmək niyyətindədir. "Benfika" da onunla yaxından maraqlanır.
Argentinalının seçiminə şübhə edən "Yuventus" "Sassuolo"nun hücumçusu Domeniko Berardi və onun komanda yoldaşı Cakomo Raspadori, eləcə də Frankfurt "Ayntraxt"ından Filip Kostiçlə maraqlanmağa başlayıb.
Mirağa