"Real" yarımmüdafiəçisi Luka Modriçlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Tərəflər müddəti 2023-cü ilin iyun ayına qədər olan yeni müqavilə imzalayıblar.
Florentino Pérez 👕 @lukamodric10 #RealMadrid | #Modrić2023 pic.twitter.com/DOpnycd21J
— Real Madrid C.F. (@realmadrid) June 8, 2022
Xorvatiyalı 2012-ci ildən Madrid klubunda çıxış edir. 36 yaşlı yarımmüdafiəçi bu günə kimi "kral klubu"nun heyətində 436 oyun keçirib, 31 qol vurub və 73 məhsuldar ötürmə verib.
Mirağa