Bütün zamanların ən yaxşı futbolçularından biri olan Lionel Messi özünü aktyor kimi sınamaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, karyerası ərzində bir çox reklam çarxına çəkilən argentinalı ulduz indi özünü serialda sınamağa qərar verib.
PSJ-nin oyunçusu "Los Protectores" serialına çəkilib. Onun süjeti uğursuzluğa düçar olan və müflisləşən üç keçmiş futbolçu ilə bağlıdır.
Messinin göründüyü səhnə artıq çəkilib və bəzi kadrlar prodüser tərəfindən paylaşılıb. Yeri gəlmişkən, bu serialın ikinci sezonu müxtəlif məkanlarda çəkilib və Messi onun çəkilişlərini Parisdə edib. Gələn il ikinci mövsüm yayımlanacaq.
Mirağa