"Valensiya" Cennaro Qattuzonun baş məşqçi postuna gətirildiyini açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis müddəti 2024-cü ilin 30 iyun tarixinə qədər olan müqaviləyə imza atıb.
Qattuzonun son iş yeri "Fiorentina" olub. Ötən ilin mayında "bənövşəyilər"in baş məşqçisi təyin edilən 44 yaşlı çalışdırıcı bir ay sonra rəhbərliklə fikir ayrılığı üzündən Florensiya klubu ilə vidalaşmışdı.
Xatırladaq ki, La Liqadakı mübarizəni turnir cədvəlinin 9-cu pilləsində başa vuran "yarasalar"ın sabiq baş məşqçi Xose Bordalas iyunun 3-də istefaya göndərilib.
Nihat